2013-cü ildə İsveçdə təsis olunan CONIFA FIFA üzvü olmayan federasiyaların iştirakı ilə müəyyən turnirlər təşkil edən təşkilatdır.
Bu haqda AZXEBER.COM-a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadla xəbər verir.
"CONIFA ilk dünya çempionatını 2014-cü ildə təşkil etmiş və qondarma "Dağlıq Qarabağ” yığma komandası həmin turnirdə iştirak etmişdi. AFFA həmin dövrdə dərhal məsələyə reaksiya vermiş, FIFA və UEFA-ya, həmçinin CONIFA-nın mənzil-qərargahının yerləşdiyi və turnirin təşkil olunduğu İsveçin futbol federasiyasına etiraz məktubları ünvanlamışdı.