20:44 çərşənbə Axşamı, 20 Avqust 2019
İDMAN

AFFA-dan "Qarabağ"a 2600, "Neftçi"yə 200 manatlıq cərimə

19:48, 06.02.20194900
AFFA-dan
AFFA İntizam Komitəsi "Qarabağ" klubunun məşqçisi Mario Dobromirovu 1600 manat cərimələyib. 

AZXEBER.COM AFFA-nın saytına istinadən xəbər verir ki, buna Dobromirovun "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XV tur matçında hakimlər otağına icazəsiz daxil olması səbəb olub. 

İntizam Komitəsi oyun zamanı qırmızı vərəqə alan futbolçuları da cəzalandırıb. 70-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan Anton Krivotsyuk və 90+2-ci dəqiqədə eyni səbəbdən qovulan Qara Qarayev hərəyə 1 matçlıq diskvalifikasiyaya məruz qalıb. Hər iki kluba 200 manat cərimə də kəsilib. 

"Qarabağ" daha 800 manat cəriməni 10-cu dəqiqədə azarkeşlərinin pirotexniki vasitələrdən yararlanmaları səbəbindən ödəyəcək. 

Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 
XƏBƏR LENTİ