"AFFA İrəvanda Azərbaycana qarşı edilmiş təxribatdan məlumatlıdır”.
AZXEBER.COM xəbər verir ki, bunu "Report”a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla İrəvanda keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Pünik” (Ermənistan) – "Srvena Zvezda” (Serbiya) matçı zamanı erməni azarkeşlərin törətdiyi təxribata münasibət bildirərkən deyib.
O bildirib ki, təxribatla bağlı AFFA gün ərzində UEFA-ya müraciət edəcək:
"Hüquqi prosedurlara uyğun olaraq AFFA tərəfindən UEFA-ya müvafiq qaydada məlumat ünvanlanacaq. Gün ərzində UEFA-ya bununla bağlı məktub ünvanlayacağıq”.