AFFA Ermənistanla bağlı FİFA və UEFA-ya etiraz etdi
İDMAN
14:22 30.11.2012
1349
Dağlıq Qarabağın separatçı rejiminin futbol yığması Abxaziya yığması ilə yoldaşlıq oyunu keçirib.Xankəndidə baş tutan görüş ermənilərin qələbəsi ilə başa çatıb – 3:0.Bu məsələ Azərbaycan tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, AFFA dərhal sözügedən oyuna etiraz əlaməti olaraq FİFA və UEFA-ya müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub ki, Qarabağ Azərbaycan ərazisidir və Ermənistan tərəfindən işğal olunub. Bu üzdən də Dağlıq Qarabağın separatçı rejiminin belə bir oyun keçirməyə heç bir hüququ yoxdur.