AFFA klubları cəzalandırdı - QİYMƏTLƏR

İDMAN
10:19 15.08.2012
1392
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZXEBER.COM-un verdiyi məlumata görə, iclasda premyer liqanın II turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.“Bakı” – “Simurq” matçında qapı torunda problem olduğuna görə matç 7 dəqiqə gec başladığı üçün meydan sahibi klub 3000 manat cərimə olunub.AZAL – “Rəvan” matçında AZAL klubunun 4, “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün hər iki klub 1000 manat cərimə olunub.“Turan” – “Sumqayıt” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.Oyunun 28-ci dəqiqəsində “Sumqayıt” klubunun 76 №-li futbolçusu Uğur Pamuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

OXŞAR XƏBƏRLƏR