AFFA klubları cəzalandırdı

İDMAN
14:16 10.03.2015
1217
AFFA-nın İntizam Komitəsi ölkə klublarını cəzalandırıb.AZXEBER.COM-un AFFA-ya istinadla verdiyi məlumata görə, 8 mart tarixində XXIII Topaz Premyer Liqasının XXV turunun “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.Bununla yanaşı, “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat, “Qarabağ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub."AZAL" – “Bakı” matçında da cərimələr tətbiq olunub. Belə ki, matçın 69-cu dəqiqəsində “Bakı” klubunun 85 №-li futbolçusu Jaba De Carvalho idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunur.
OXŞAR XƏBƏRLƏR