Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatının püşkatmasının nəticələrinə münasibət bildirərkən açıqlayıb.
Qeyd edək ki, E.Məmmədov dünən Braziliyanın Rio-de-Jeneyro şəhərində 2014-cü ildə bu ölkədə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimində iştirak edib. «Lüksemburq yığması istisna olmaqla, digər rəqiblərimizin hər biri ilə müxtəlif vaxtlarda dünya və ya Avropa çempionatlarının seçmə mərhələsində qarşılaşmışıq. Bununla yanaşı, millimiz Lüksemburq yığması ilə yoldaşlıq oyunu keçirib. Belə demək mümkünsə, bütün rəqiblərimizlə tanışlığımız var” – deyə E.Məmmədov bildirib./// siasport