Pandemiya dünya iqtisadiyyatına zərər vurduğu kimi, Azərbaycan biznes sektorundan da yan keçmədi. Əsasən də, kiçik və orta biznes sektoru daha çox ziyan çəkənlər arasında oldu. İstər restoran sektoru, istərsə də geyim sektoru. Geyim əslində özlüyündə böyük və çox şaxəli bir sektoru əhatə edir. Geyim sektorunun özəl halqalarından biri də idman geyim sektorudur ki, pandemiyada digər geyim sektorları ilə yanaşı daha çox ziyan çəkən sahələr içərisindədir.
Çünki digər geyim növlərindən fərqli olaraq, pandemiya dövründə ehtiyaclara uyğun olaraq, daha az alış-veriş olunan sahəyə çevrilir. Bu isə bu sahəyə yatırım qoyan iş adamları üçün daha böyük itki deməkdir.
Bu sahədə öz sözünü deyən "Alpha Trade” şirkəti Azərbaycan bazarında qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra xarici markaların nümayəndəliklərini götürmüşdür.
Həmsöhbətimiz "Alpha Trade” şirkətinin sahibi Anar Kazımovdur.
- Anar bəy, ilk olaraq şirkətiniz haqqında ümumi məlumat verməyinizi istərdik.
- Bizim şirkətimiz artıq iki ildən çoxdur ki, fəaliyyət göstərir. Bu qısa zamanda şirkətimiz 6 məşhur brendlərlə Azərbaycanda nümayəndəliyə başlamışdır. Onu da qeyd edək ki, "Nike Team Sport”, "Puma”, "Joma”, "Macron”, "Jivova”, "Barret” və Azərbaycan Premyer liqasının bütün futbol komandaları ilə əməkdaşlıq edirik. Azərbaycan Cüdo Federasiyası, Azərbaycan Qılıncoynatma Federasiyası və s. bizim əsas müştərilərimizdir.
- Pandemiya dünya iqtisadiyyatına ziyan vurduğu kimi, sizin də sektordan da yan keçmədi...
- Bəli, Pandemiya şirkətimizin satış planlarına çox əhəmiyyətli dərəcədə təsir göstərib. Bir çox planda olan layihələri təxirə salmağa məcbur olmuşuq. Misal üçün Mərkəzi Asiya ölkələrində nümayəndəlik açılması planımız müvəqqəti dayandırılıbdır. Ümumi mənada desək, inkişaf addımlarımızı saxlamalı olmuşuq, lakin zərərədə getməmişik. Uyğun zaman və şərtlər gözləyirik ki, addımlarımızı ataq.
- Hazırki dönəmdə, şirkətinizin az ziyanla çıxması üçün hansı addımları atdız?
- Bu çətin dönəmdə ən böyük uğurlu addımız AFFA-nın tenderində iştirak etməyimiz oldu və həmin Regional liqada məhsul tenderi qazandıq. AFFA-nın rəhbərliyinə öz dərin minnatdarlığımızı bildiririk ki, bu qədər şəffaf tender keçirildi və biz qalib olduq. Bir sözlə desək, bu çətin dönəmdə əlimizdə olanları saxladıq, daim işlədik, təkliflər verdik, bazarı izlədik, iqtisadi şəraitə uyğunlaşdıq.
- AFFA-nın tenderinin qalibi olduğunuzu bildirdiniz. Əslində maraqlı gəldi. Tender necə keçirildi, siz necə qoşulduznuz və qalib olacağınızı gözləyirdinizmi?
- AFFA-nın tenderində qalib gələcəyimizə inanmırdıq. Bizi təəccübləndirdi ki, tender çox şəffaf oldu və biz bu tenderə online qoşularaq nəticədə ən aşağı qiymət verərək bu tenderd’ qalib gəldik.
- Növbəti il üçün biznes gözləntiləriniz necədi?
- Növbəti il üçün şirkətimizin məqsədi olaraq, ən azı iki idman federasiyasını geyim ilə təmin etmək istərdik. Mövcud müştərilər ilə sıx əlaqədə olaraq satışlarımızı daha da çoxaldıb, biznesimizi artırmağa çalışacağıq.