AFFA portuqaliyalı mütəxəssis Joze Migel Mateuşun çimərlik futbolu üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin oldunduğunu rəsmi şəkildə elan edib.
AZXEBER.COM-un AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, onun qarşısına Bakıda keçiriləcək 2015-ci il Avropa oyunlarına komandanı hazırlamaq hədəfi qoyulub.Bu gün AFFA-da məşqçi və baş katib Elxan Məmmədov arasında görüş baş tutub. Görüşdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi də iştirak edib.Joze Migel Mateuş 9 iyun 1959-cu ildə anadan olub. O, futbolçu kimi Avropa Liqasının, Avropa Çempionatının, Amerika Kubokunun qalibi olub. 2003-cü ildə o, Portuqaliya yığmasının baş məşqçisi olub. Bu vəzifədə o, Avropa Çempionatının qalibi, Dünya çempionatlarında isə 2-ci və 3-cü yerlərin sahibi olub.