AFFA İntizam Komitəsinin iclası keçirilib.
AZXEBER.COM xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul edilib:
Premyer Liqanın VIII turunun "Səbail” – "Qəbələ” oyununda "Səbail” klubunun futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
VIII turun "Qarabağ” – "Neftçi” oyununun 54-cü dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün "Qarabağ” klubu 4000 manat (maddə 41.7) cərimə olunub.
54-cü dəqiqədə "Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün "Neftçi” klubu 4000 manat (maddə 41.7) cərimə olunub.
VIII turun "Sumqayıt” – "Kəpəz” oyununda "Sumqayıt” klubunun azarkeşləri tərəfindən oyunun başlanmasına bir dəqiqə qalmış (17:59) meydançaya kənar əşyalar atıldığına görə "Sumqayıt” klubu 1600 manat (maddə 51.1) cərimə olunub.
"Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat (maddə 39) cərimə olunub.