AFFA "Qarabağ"ı cərimələdi

AFFA "Qarabağ"ı cərimələdi
İDMAN
13:06 29.08.2017
1269

 AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan Premyer Liqasının III turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlar çıxarılıb.

AZXEBER.COM-un məlumatına görə, toplantıda 3 kluba cərimə kəsilib. 

"Qarabağ" klubu "Qəbələ" ilə görüşün 69-cu dəqiqəsində azarkeşlərinin meydana kənar əşyalar atmaları səbəbindən 1600 manat ziyana düşüb. 

"Kəpəz"lə görüşdə 4 futbolçusunun sarı vərəqə alması "Neftçi”yə 800 manat cərimə bahasına başa gəlib. 

"Səbail”lə görüşün 63-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılan "İnter”in müdafiəçisi Tərlan Quliyev 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

OXŞAR XƏBƏRLƏR