AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan Premyer Liqasının III turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlar çıxarılıb.
AZXEBER.COM-un məlumatına görə, toplantıda 3 kluba cərimə kəsilib.
"Qarabağ" klubu "Qəbələ" ilə görüşün 69-cu dəqiqəsində azarkeşlərinin meydana kənar əşyalar atmaları səbəbindən 1600 manat ziyana düşüb.
"Kəpəz"lə görüşdə 4 futbolçusunun sarı vərəqə alması "Neftçi”yə 800 manat cərimə bahasına başa gəlib.
"Səbail”lə görüşün 63-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılan "İnter”in müdafiəçisi Tərlan Quliyev 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.