AFFA rəsmisi: "Azarkeşlərin tezliklə stadiona qayıtmasını istəyirik"

AFFA rəsmisi: "Azarkeşlərin tezliklə stadiona qayıtmasını istəyirik"
İDMAN
14:14 29.01.2021
576
"Biz mütəmadi olaraq Operativ Qərargah və TƏBİB-lə əlaqə saxlayırıq. Azarkeşlərin tezliklə stadiona qayıtmasını istəyirik".

AZXEBER.COM xəbər verir ki bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Federasiya rəsmisi futbol matçlarında azarkeşlərin az olmasından da danışıb: "Düzdür, fərəhlə deyə bilmərəm ki, bizdə azarkeş sayı çoxdur. Amma bəzi matçlarda normal ayda fanat olurdu. Bu gün çempionat oyunlarında həyəcan yoxdur. Bunun da səbəbi azarkeşlərdir. Dövlətin tətbiq etdiyi qaydalara görə azarkeşlərə icazə verilmir".
OXŞAR XƏBƏRLƏR