AFFA və 'İrəli' İdman Mərkəzi futbol üzrə “Gənclər Kuboku” turnirinə start verir

İDMAN
13:49 11.05.2012
1458

Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA) və “İRƏLİ” İdman Mərkəzi Azərbaycanda Qeyri Hökumət Təşkilatları arası ilk “Gənclər Kuboku” layihəsinə start verir. Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir. Layihədə iştirak etmək istəyən hər bir şəxsdən öz təşkilatını təmsil etmək üçün 20 May 2012-ci il tarixinə qədər www.ireli.az saytına daxil olaraq Elanlar bölməsində yerləşdirilən elektron formanı doldurmaları xahiş olunur. Layihə 1 İyun 2012-ci il tarixindən etibarən start götürəcək.

Qeyd edək ki, 2012-ci ilin Cənab Prezident tərəfindən “İdman ili” elan edilməsini, ölkəmizdə bu sahənin inkişafına dövlət qayğısının artırılmasını, həmçinin gənclər arasında idmana olan marağı nəzərə alaraq, “İRƏLİ” İctimai Birliyi “İRƏLİ” İdman Mərkəzi yaradılması qərarına gəlmişdir.

OXŞAR XƏBƏRLƏR