Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər.
Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Məlumata görə, meyiti tapılan qadının 17-25 yaşlarında olduğu ehtimal edilir. Onun əynində şort, idman büstqalteri və bluz olub. Qadının ayaqları bağlı vəziyyətdə aşkarlanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları çürümə mərhələsində olan meyitin üzərində gözlə görünən xəsarətlər aşkar etməyiblər. Ölüm səbəbi hələ müəyyənləşdirilməyib, qadının şəxsiyyəti də təsdiqlənməyib.
Qeyd olunur ki, meyitin aşkarlandığı yer iyul ayında 38 yaşlı Elizabet Ceyn Rossun cəsədinin tapıldığı ərazidən təxminən 1.5 kilometr məsafədə yerləşir.
Britaniyalı könüllü bu ilin əvvəlində itkin düşüb. Onun meyiti iyulun 18-də Kipselidəki tərk edilmiş binada çamadanın içərisində aşkarlanıb.
///oxu.az











































