Afrika ölkələri Nigerə 25 minlik hərbi qüvvə göndərməyi planlaşdırır

Afrika ölkələri Nigerə 25 minlik hərbi qüvvə göndərməyi planlaşdırır
DÜNYA
19:10 08.08.2023
259
Afrika ölkələri Nigerə 25 minlik hərbi qüvvə göndərməyi planlaşdırır.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Seneqal, Benin və Kot-d'İvuar da öz hərbçilərini Nigerə göndərə bilər.

Qeyd edək ki, Nigerdəki xunta rejimi Fransa ilə hərbi müqaviləni ləğv edib. Həmin müqaviləyə əsasən, Fransa hərbçiləri terrorçu qruplara qarşı mübarizədə Niger hakimiyyətinə yardım edirdi.

Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı mühafizəçiləri tərəfindən saxlanılıblar. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR