Afrikada koronavirusa yoluxanların sayı 8,8 milyona çatır.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.
Məlumata əsasən, sentyabrın 5-i üçün Afrikada koronavirusa 8 797 227 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 224 231 nəfəri vəfat edib, 8 152 116 nəfəri isə sağalıb.
Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə, Liviyada və Efiopiyada qeydə alınıb.