Aftandil İsrafilovun qızı: “Atamın vəziyyəti yaxşı deyil"

MƏDƏNİYYƏT
13:18 31.03.2023
771
Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, atası hazırda xəstəxanaların birində müalicəsini davam etdirir: "Vəziyyəti yaxşı deyil, irəliləyiş yoxdur".

Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilmişdi. Bir müddət sonra evə buraxılmış, müalicəsi evdə davam etdirilmişdi.

OXŞAR XƏBƏRLƏR