AGAT fəalı ABŞ-da səfərdədir

AGAT fəalı ABŞ-da səfərdədir
GƏNCLİK
13:03 10.08.2012
1844
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nümayəndəsi Sabina Asadova ABŞ-da Birləşmiş Ştatlar İnstitutunda Təhsil Al 2012 (SUSI 2012) proqrami çərçivəsində 6 həftəlik ABŞ-da səfərdədir. AGAT-dan AZXEBER.COM-a verilən məlumata görə, proqramın məqsədi azərbaycanlı tələbələri ABŞ-ın tarixi, ictimai-iqtisadi həyatı ilə yaxından taniş etmək, vətəndaş cəmiyyətində fəaliyyət göstərən təşkilatların işində yaxından iştirak etmək, o cümlədən dövlət strukturları ilə görüşlərin keçirilməsidir. 3 həftə davam edəcək səfər çərçivəsində Azərbaycanlı tələbələr Arizona ştatı ve paytaxt Vaşinqtonda əhəmiyyətli görüşlərdə iştirak edəcəklər. Eyni zamanda ABŞ-da yaşayan və fəaliyyət göstərən milli azlıqlarla bağlı görüşlərin keçirilməsi nəzərdə tutulub.Qeyd edək ki, AGAT fəalı Səbinə Əsədova Azərbaycanlı gənclərinin qrup lideridir. Belə ki, Səbinə Əsədova Huntsville şəhərinin meri Tomy Battle, Albertville şəhərinin meri Lindsey Lyon və Alabama Ştatının qubernatoru cənab Robert J. Bentley ile goruşüb. Görüş zamanı Sabina Asadova qubernatora ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərimizin vətəndaş cəmiyyətindəki fəallığından, eləcə də AGAT-ın cəmiyyətimizə verdiyi töhvədən danışıb.
OXŞAR XƏBƏRLƏR