AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub

AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
SOSİAL
15:09 04.08.2025
638
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən "Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, mediatur iştirakçılarına bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması, istirahətinin səmərəli təşkili üçün sistemli və ardıcıl tədbirlər həyata keçirilir, sanatoriya və istirahət mərkəzlərində müasir və rahat şərait yaradılır.

"Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasında da əsaslı təmir-bərpa işləri aparılıb, şərait yaxşılaşdırılıb. 16,9 hektar ərazidə yerləşən və 212 çarpayılıq sanatoriyada iki yataq korpusu, bir müalicə korpusu, konfrans zalı, klub və rəqs meydançası vardır. Media nümayəndələri təmirdən çıxmış müalicə korpusu, müayinə və yataq otaqları ilə tanış olublar. Bildirilib ki, sanatoriyanın tibbi xidmətləri yüksək standartlara uyğun təşkil edilir. Müayinə otaqları müasir tibbi avadanlıqlarla təchiz olunub və peşəkar tibb personalı tərəfindən 30-dan artıq müalicə xidməti göstərilir. Bu xidmətlərə yod-brom vannaları, tübaj və parafin terapiyası, təbii palçıqla müalicə, eləcə də müxtəlif fizioterapiya prosedurları daxildir.

Sanatoriyanın tibbi bazasında kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika bölməsi, müalicəvi bədən tərbiyəsi, masaj otaqları və digər tibbi kabinetlər mövcuddur. Müalicə və qidalanma prosesi isə müasir sanatoriya konsepsiyasına uyğun təşkil olunur. Sanatoriya ilboyu fasiləsiz fəaliyyət göstərir. Məlumat verilib ki, istənilən şəxs birbaşa müraciət edərək yerində ödəniş etməklə sanatoriyanın müalicə və istirahət xidmətlərindən yararlana bilər.
Sanatoriyanın texniki infrastrukturu da yenidən qurulub. Belə ki, elektrik təsərrüfatı tamamilə yenilənib, 550 kVA gücündə generator quraşdırılaraq dayanıqlı enerji təchizatı təmin edilib. Sanatoriyanın ümumi ərazisində daxili avtomobil yollarına asfalt örtük çəkilib, kanalizasiya sistemləri yenilənərək mərkəzi kollektor şəbəkəsinə qoşulub. Bundan əlavə, sanatoriyada Wi-Fi internet, IP telefoniya sistemi və təhlükəsizlik kameraları quraşdırılıb. Yaşıllaşdırma işləri çərçivəsində həmişəyaşıl ağac və kollar əkilib, suvarma sistemləri ilə təmin olunub.

Mediatur iştirakçıları sanatoriyanın ərazisi, müalicə və istirahət üçün yaradılmış şərait, müalicə üsulları və müasir tibbi avadanlıqlarla tanış olublar.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
09:30 29.10.2026
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
09:28 29.10.2026
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
09:15 29.10.2026
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
09:13 29.10.2026
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
09:11 29.10.2026
Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
09:06 29.10.2026
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
08:58 29.10.2026
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
Bu ərazilərdə qaz olmayacaq
08:53 29.10.2026
Bu ərazilərdə qaz olmayacaq
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
08:46 29.10.2026
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
08:39 29.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
08:30 29.10.2026
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
08:23 29.10.2026
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
08:16 29.10.2026
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:06 29.10.2026
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
08:00 29.10.2026
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
07:52 29.10.2026
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb