"Aİ-95" və “Aİ-98” super markalı benzinin qiyməti qalxır? - ARAŞDIRMA

"Aİ-95"  və “Aİ-98” super markalı benzinin qiyməti qalxır? - ARAŞDIRMA
İQTİSADİYYAT
14:50 11.08.2018
6480

Azərbaycana idxal olunan "Premium Euro-95” markalı avtomobil benzininin hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir. 

"Report"un məlumatına görə, araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət keçmiş müddətdə "Super Euro-98” markalı avtomobil benzinində də müşahidə olunurdu.

Ümumiyyətlə, ictimaiyyətdə avtomobil yanacağının qiymətlərinə olan maraq daim gündəmdədir. Dünya bazarında yanacağın qiymətinin sürətlə dəyişməsi meyilliliyinin ölkəmizə nə dərəcədə təsir edəcəyi əhali arasında böyük marağa səbəb olur. Bunu nəzərə alaraq mütəxəssislərimiz tərəfindən hazırda Azərbaycan Respublikası və qonşu ölkələrdə Premium markalı avtomobil benzinlərinin satış bazarında mövcud vəziyyət müqayisə edilib.

Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində "Premium Euro-95” markalı avtomobil benzininin pərakəndəsatış qiyməti hər litr üçün 1.25 AZN (0.74 ABŞ dolları), "Super Euro-98” markalı avtomobil benzinin pərakəndəsatış qiyməti hər litr üçün 1.5 AZN (0.88 ABŞ dolları) təşkil edir. Ölkəmizdə adı çəkilən benzin markalarının qiymətinin formalaşmasına dünya bazarında bu neft məhsullarına mövcud olan qiymətlər birbaşa təsir göstərir. Belə ki, göstərilən benzinlər hazırda Azərbaycan Respublikasında istehsal edilmir və digər ölkələrdən idxal olunur. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkədə istehsal edilməyən bu benzin növlərinə qiymətlər dövlət tərəfindən tənzimlənən mallar siyahısına aid edilməyib və xaricdən idxal edilən bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir.

Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq, 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstan Respublikasında da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu