Aİ ABŞ-a qarşı ticarət tədbirlərinin tətbiqini təxirə salıb

Aİ ABŞ-a qarşı ticarət tədbirlərinin tətbiqini təxirə salıb
DÜNYA
18:08 20.03.2025
210
Avropa İttifaqı (Aİ) ABŞ-a qarşı ticarət tədbirlərinin tətbiqini aprelin 1-dən ayın ortalarına qədər təxirə salıb.
 
AZXEBER.COM "APA"ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.

Məlumata görə, Aİ ABŞ-dan olan tərəfdaşlarla əlavə məsləhətləşmələr aparmağı planlaşdırır.

Qeyd edilib ki, martın 12-də elan olunan cavab tədbirləri aprelin ortalarında qüvvəyə minəcək. Bu gecikmə ABŞ administrasiyası ilə aparılan danışıqlara əlavə vaxt vermək məqsədi daşıyır.
OXŞAR XƏBƏRLƏR