Avropa İttifaqının (Aİ) Ali Məhkəməsi Almaniyanı informasiya ötürənlərin müdafiəsi haqqında qanunvericiliyin vaxtında tətbiq edilməməsinə görə 34 milyon avro cərimələyib.
Bu barədə DW məlumat yayıb.
Məhkəmə prosesi 2023-cü ilin martında Avropa Komissiyasının şikayətindən sonra başlayıb. 2019-cu ilin dekabrında qəbul edilmiş Aİ direktivinə əsasən, 27 üzv ölkənin hamısı 2021-ci ilin sonuna qədər ifşaediciləri işdən çıxarılmaqdan və digər repressiyalardan qoruyan qanunlar tətbiq etməli idi.
Lakin Almaniya müvafiq qanunvericiliyi yalnız 2023-cü ilin iyulunda qəbul edib ki, bu da cəriməyə səbəb olub.