Aİ COP29-da iqlim dəyişikliyi ilə bağlı gələcək qlobal fəaliyyətləri dəstəkləyəcək

Aİ COP29-da iqlim dəyişikliyi ilə bağlı gələcək qlobal fəaliyyətləri dəstəkləyəcək
SİYASƏT
19:19 09.11.2024
190
Avropa İttifaqı (Aİ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək 29-cu sessiyasında (COP29) iddialı maliyyələşdirmə və investisiya hədəflərini dəstəkləyərək qlobal iqlim fəaliyyətini təşviq etdirmək öhdəliyini bir daha təsdiqləyib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

"Bu il müzakirələr COP28-də müəyyən edilmiş enerji keçidi məqsədlərinin gücləndirilməsinə yönəldiləcək. Bura qalıq yanacaqlardan istifadədən tədricən imtina edilməsi, 2030-cu ilə qədər bərpa olunan enerjiyə investisiyaların üç dəfə artırılması və enerji səmərəliliyi tədbirlərinin ikiqat artırılması daxildir”, – AK-nın bəyanatında qeyd olunub.

Sənədə əsasən, Aİ qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdıran Paris Sazişinin məqsədinə nail olmaq üçün COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla işləyir.

Bunun üçün özəl sektor investisiyalarını, innovativ maliyyə mənbələrini cəlb etmək, eləcə də həm qlobal, həm də lokal səviyyədə əlverişli mühitin yaradılması zəruridir.

Aİ danışıqçıları gələn il üçün iddialı töhfələrə də diqqət yetirirlər, çünki Aİ bu ilin əvvəlində birliyin 2040-cı il iqlim hədəfi ilə bağlı bəyanat dərc edərək artıq milli səviyyəli ianələrə əsaslanan töhfəsini hazırlayır.

Komissiya 2040-cı ilə qədər emissiyaları 90 % azaltmağı hədəfləyən qanunvericilik təklif etməyi planlaşdırır. Aİ komandası həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq beynəlxalq karbon bazarları üzrə danışıqları başa çatdırmağa çalışacaq.

Diqqətə çatdırılıb ki, COP29-da Aİ danışıqlar qrupuna iqlim fəaliyyəti üzrə Avropa komissarı Vopke Hukstra rəhbərlik edəcək.

Enerji komissarı Kadri Simson noyabrın 14-15-də qalıq yanacaqlardan uzaqlaşma, metan emissiyalarının azaldılması və təmiz texnologiyaların təşviqi ilə bağlı müzakirələrə qoşulacaq. İnnovasiyalar, tədqiqatlar, mədəniyyət, təhsil və gənclər üzrə Avropa komissarı İliana İvanova isə noyabrın 12-də "Sıfır emissiya ilə rəqabət qabiliyyətinin gələcəyi” adlı konfransda yüksək səviyyəli tədbirdə iştirak edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR