Aİ-dən NATO-ya mesaj: “Ukrayna üçün birliyimiz sarsılmazdır”

Aİ-dən NATO-ya mesaj: “Ukrayna üçün birliyimiz sarsılmazdır”
DÜNYA
09:31 04.04.2024
128

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen NATO-nun yaradılmasının 75-ci ildönümü ilə bağlı mesaj paylaşıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, komissiya sədri fon der Leyen transatlantik həmrəyliyə sadiqliklərini vurğulamalı olduqlarını söyləyib. 

Leyen Ukrayna üçün birləşdiklərini bildirib.

Digər tərəfdən, NATO-nun 75 illiyi NATO-ya üzv 32 ölkənin xarici işlər nazirləri bu gün və sabah Brüsseldəki qərargahında 2 günlük görüş keçirəcək. 

İlk gün nazirlər iyulda Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlıq, Ukraynaya dəstəyin artırılması və onun davamlı olması məsələlərini müzakirə edəcək və sabah yubiley qeyd etmə mərasiminə qatılacaqlar. 

Ayşən

OXŞAR XƏBƏRLƏR