Aİ gələn həftə Ukraynaya 500 milyon avroluq hərbi yardımı təsdiqləyəcək

Aİ gələn həftə Ukraynaya 500 milyon avroluq hərbi yardımı təsdiqləyəcək
DÜNYA
19:49 14.05.2022
407
Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynaya hərbi yardımın 500 milyon avro həcmində dördüncü tranşını təsdiqləmək niyyətindədir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının müdafiə nazirlikləri rəhbərlərinin mayın 17-nə planlaşdırılan görüşünün proqramını şərh edən yüksəkvəzifəli avropalı məmur bildirib.

"Biz gələn həftə, təbii ki, milli büdcə prosedurlarını nəzərə alaraq siyasi razılığa emid edirik", - deyə o bildirib.

Onun sözlərinə görə, görüşdə müdafiə nazirləri "yerdəki" vəziyyəti və Aİ-nin müxtəlif fəaliyyət istiqamətlərini müzakirə edəcəklər: hərbi, diplomatik və iqtisadi sahələrdə.

Qeyd edilir ki, görüşdə 27 üzv ölkənin nazirləri ilə yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq və Ukraynanın müdafiə naziri Aleksiy Reznikov da iştirak edəcək.
OXŞAR XƏBƏRLƏR