Avropa İttifaqı İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi təsnif etməyə hazırlaşır.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok Almaniya və Avropa İttifaqının İran İnqilabı Keşikçiləri Qvardiyasını terror təşkilatı kimi təsnif etməyi nəzərdən keçirdiyini açıqlayıb.
Almaniyanın xarici işlər naziri Baerbok verdiyi açıqlamada Almaniya və AB-nin İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi təsnif etməyi nəzərdən keçirdiyini ifadə edərək, "Keçən həftə açıqladım ki, başqa bir sanksiya paketi işə salacağıq və İnqilab Mühafizəçilərinin terror təşkilatı siyahısına daxil edilməsini necə edə biləcəyimizi araşdıracağıq”.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Ordusu ABŞ Dövlət Departamentinin 2019-cu il aprelin 15-də ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə dərc etdiyi "xarici terror təşkilatları” siyahısına daxil edilib.
Aydın