“Aİ ölkələri Qəzzada münaqişə ilə bağlı ortaq mövqeyə gəlməlidir”

“Aİ ölkələri Qəzzada münaqişə ilə bağlı ortaq mövqeyə gəlməlidir”
DÜNYA
18:31 15.12.2023
205
Avropa İttifaqı (Aİ) ölkələri İsrail və HƏMAS arasında müharibənin həllində rol oynamaq üçün ortaq mövqeyə gəlməlidir.

Bunu Belçikanın Baş naziri Aleksandr De Kro bildirib.

"Yaxın Şərqdə vəziyyət Aİ-nin oktyabrda keçirilən sonuncu sammitindən sonra daha da pisləşib. İnsan əzabları hər iki tərəfdən sona çatmalıdır. Girovlar azad edilməli və humanitar yardımlara çıxış tam şəkildə təmin edilməlidir. Əgər biz avropalılar bu münaqişənin həllində rol oynamaq istəyiriksə, ortaq mövqeyə gəlməliyik”, - o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR