Avropa İttifaqı (Aİ) ölkələri Qəzzaya humanitar yardımın göstərilməsinin vacibliyini və iki dövlətin həll əsasında sülh prosesinə sadiq olduqlarını vurğulayıblar.
AZXEBER.COM xəbər verir ki, Aİ Şurası İsrail-Həmas gərginliyi ilə bağlı açıqlama verib.
Açıqlamada Aİ ölkələrinin liderlərinin Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat imzaladığı bildirilib.
Açıqlamada AB-nin İsrailə qarşı "terror hücumlarını” pisləyir və "İsrailin humanitar hüquq və beynəlxalq hüquqa uyğun olaraq bu cür şiddətli və ayrıseçkilik etmədən hücumlar qarşısında özünü müdafiə etmə haqqını şiddətlə vurğulayırıq” ifadələrini işlədilib.
Eyni zamanda Aİ-nin HƏMAS-ı heç bir ilkin şərt qoymadan bütün əsirləri dərhal azad etməyə çağırdığı vurğulanıb və əlavə edilib:
"Təcili humanitar yardımın göstərilməsinin vacibliyini bir daha vurğulayırıq. Biz tərəfdaşlarımızla koordinasiyada Qəzzada ən çox ehtiyacı olan mülki şəxslərə dəstəyi davam etdirməyə və bu yardımın terror təşkilatları tərəfindən sui-istifadə edilməməsini təmin etməyə hazırıq”.
Ayşən