Aİ-nin ali nümayəndəsi Josep Borrell İsrailin atəşkəslə nəticələnəcək təcili humanitar fasiləyə çağırıldığını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell rəhbərlik etdiyi Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuata açıqlama verib.
Borrell bildirib ki, 26 üzv ölkənin konsensusu ilə Qəzzada davamlı atəşkəsə gətirib çıxaracaq təcili humanitar fasilə çağırışına razılaşıblar. O, hansı ölkənin çağırışa qoşulmadığını söyləməkdən imtina edib.
Görüşdə iştirak edən mənbələrdən bu ölkənin Macarıstan olduğu öyrənilib.
Digər tərəfdən AB Dövr Başçısı Belçikanın təşəbbüsü ilə İsrailə mülki əhalinin sığındığı Rəfah şəhərinə hücum etməməyə çağırılıb.
Belçikanın xarici işlər naziri Hadja Lahbib mövzu ilə bağlı açıqlamasında qeyd edib:
"Biz daimi atəşkəsin, bütün əsirlərin qeyd-şərtsiz azad edilməsinin və humanitar yardımın verilməsinin zəruriliyini bildiririk”.
Nəzrin