Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən 1,6 milyard avro məbləğində üçüncü tranş Ukraynanın dəstəklənməsinə yönəldilib.
"Aktivlər Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinə cavab olaraq Aİ-nin tətbiq etdiyi sanksiyalar çərçivəsində dondurulub", - məlumatda bildirilib.
Brüsseldə qeyd ediblər ki, ilk iki tranşın vəsaitlərinin 90 faizi Avropa Sülh Fondu (EPF), 10 faizi isə Ukrayna Fondu vasitəsilə vasitəsilə Ukraynanın dəstəklənməsinə yönəldilib.
Üçüncü tranşın 95 faizi Ukrayna ilə Kredit Əməkdaşlığı Mexanizmi (ULCM), 5 faizi isə EPF vasitəsilə Ukraynanın dəstəklənməsi üçün istifadə ediləcək.
report