Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib

Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib
DÜNYA
18:40 20.05.2025
388
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib.

Bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas "X” sosial şəbəkəsində yazıb.

"Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini qəbul edib. "Qara siyahı"ya 200-ə yaxın tanker daxil edilib”, - o bildirib.

Kaya Kallas vurğulayıb ki, artıq Moskvaya qarşı 18-ci sanksiya paketi üzərində işə başlanılıb.
OXŞAR XƏBƏRLƏR