Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqlədi

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqlədi
DÜNYA
02:27 24.07.2026
905
Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yekun olaraq təsdiqləyib.

AZXEBER COM bu barədə Aİ Şurasının rəsmi saytına istinadən xəbər verir.

Əsas yenilik kriptovalyutalara екsterritorial yanaşmadır, yəni ərazisində Avropa sanksiyalarından yayınmağa şərait yaradan platformaların fəaliyyət göstərdiyi dövlətlərə qarşı Aİ konkret bir kriptobirjanı bloklamaq əvəzinə, tam ölkə qadağası (full third-country ban) tətbiq edə biləcək.

Daha iki yenilik isə "kölgə donanması" üçün bunkerləmə və işəgötürmə ilə məşğul olan şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsi imkanı, həmçinin Rusiya neftini emal edən üçüncü ölkələrdəki neftayırma zavodlarının sanksiya siyahılarına daxil edilməsidir.

Aİ Şurasının Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə aşağıdakılar daxil edilib:

- Son dörd ilin rekord göstəricisi olaraq 218 fiziki və hüquqi şəxsə (48 vətəndaş və 170 təşkilat) qarşı məhdudiyyətlər tətbiq edilib;

- 94 bank və iri maliyyə institutu üçün aktivlərin dondurulması və vəsaitlərin təmin edilməsinə qadağa qoyulub;

- Rusiyanın 33 kredit təşkilatına, həmçinin sanksiyalardan yayınmağa kömək edən Qırğızıstan və digər ölkələrin banklarına qarşı əməliyyat qadağası genişləndirilib;

- Sanksiya siyahısına hərbi-sənaye kompleksinin 50-dən çox müəssisəsi, o cümlədən uzaqmənzilli dronların əsas istehsalçıları əlavə edilib;

- Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrin kriptovalyuta platformaları ilə əməliyyatlara tam qadağa qoyulması imkanı tətbiq edilib (siyahıya Gürcüstan, Panama, BƏƏ, Marşall adaları, Qırğızıstan və Belarusda yerləşən 14 platforma əlavə olunub);

- Neftin qiymət həddinin avtomatik tənzimlənməsi mexanizmi 2027-ci ilin iyuluna qədər dayandırılıb, Rusiya neftinin qiymət həddi bir barel üçün 44 dollar səviyyəsində qalacaq;

- Siyahıya 41 yeni tanker əlavə edilib (ümumilikdə 673), həmçinin ilk dəfə olaraq bu gəmilər üçün bunkerləmə və heyətin işə götürülməsi ilə məşğul olan şirkətlər sanksiya siyahısına salınıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı