Aİ Ukraynada hərbi istehsalın inkişafına 1 milyard avro investisiya qoyacaq

DÜNYA
19:00 26.11.2024
233
Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilmiş gəlirlərin 1,5 milyard avro məbləğində ikinci tranşından 1 milyard avro vəsaiti Ukraynada hərbi istehsalın inkişafına yönəltməyi planlaşdırır.

Bunu Aİ-nin ədliyyə üzrə komissarı Didye Reynders Strasburqda Avropa Parlamentinin sessiyasında bildirib.

"Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin 1,5 milyard avro məbləğində növbəti tranşından Ukraynanın hərbi sənayesinə 1 milyard avro ayırmağı təklif edir", - o qeyd edib.

OXŞAR XƏBƏRLƏR