Aİ Ukraynaya 50 milyard avroya qədər vəsait təklif edir

Aİ Ukraynaya 50 milyard avroya qədər vəsait təklif edir
DÜNYA
20:12 20.06.2023
244
Avropa İttifaqı (Aİ) Ukraynaya növbəti 4 il üçün 50 milyard avroya qədər vəsait təklif edir.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

O bildirib ki, indiyə qədər Aİ büdcəsindən birbaşa olaraq Ukraynaya 30 milyard avro ayrılıb.

"Biz növbəti 4 il üçün Ukraynaya 50 milyard avroluq maliyyə ehtiyatı təklif edirik ki, bu, həm borc, həm də qrantları əhatə edəcək. Bu ehtiyat Ukraynaya maliyyə dəstəyimizi vəziyyətin dəyişməsinə uyğun olaraq nizamlamağa imkan verəcək”, - Ursula von der Leyen qeyd edib.
 
///apa
OXŞAR XƏBƏRLƏR