Avropa İttifaqı və Ukrayna arasında üzvlük danışıqları rəsmi olaraq başlayıb. Bu barədə Avropa Şurasının Prezidenti Antonio Kosta "X" sosial şəbəkə hesabında bildirib. "Bu gün Ukraynanın Aİ-də gələcəyinə doğru tarixi addım atırıq və üzvlüklə bağlı rəsmi danışıqlara başlayırıq”, - deyə o qeyd edib. Danışıqlar Lüksemburqda keçirilən hökumətlərarası konfrans çərçivəsində başlanıb.