Aİ XİN başçıları hərbi gəmiləri Hörmüz boğazına göndərməkdən imtina etdilər

Aİ XİN başçıları hərbi gəmiləri Hörmüz boğazına göndərməkdən imtina etdilər
DÜNYA
21:49 16.03.2026
83
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Qırmızı dənizdəki "Aspides" hərbi-dəniz missiyasına daxil olan gəmilərin Hörmüz boğazına göndərilməsinə qarşı çıxıblar.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında məlumat verib.

"Bu, bizim müharibəmiz deyil və onu biz başlamamışıq.
Hazırda Qırmızı dənizdə "Aspides" missiyamız fəaliyyət göstərir. Lakin nazirlər bu missiyanın mandatının Hörmüz boğazına qədər genişləndirilməsinə maraq göstərmədilər", - deyə Kallas vurğulayıb.
OXŞAR XƏBƏRLƏR