Aİ XİN rəhbərləri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib

Aİ XİN rəhbərləri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib
DÜNYA
21:15 20.05.2025
257
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğv edilməsi barədə qərar qəbul ediblər.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas açıqlama verib.

"Bu gün Suriyaya qarşı iqtisadi sanksiyalarımızı ləğv etmək qərarına gəldik. Biz Suriya xalqına yeni, əhatəli və dinc Suriyanın yenidən qurulmasına kömək etmək istəyirik”, - Kallas bildirib.

O əlavə edib ki, Aİ son 14 il ərzində hər zaman suriyalıların yanında olub və bu dəstəyini davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR