"Ailə dağılırsa, günah qadındadır" - Sərxandan qalmaqallı açıqlama

"Ailə dağılırsa, günah qadındadır" - Sərxandan qalmaqallı açıqlama
MAQAZİN
10:31 17.09.2025
408
"Ailənin sütunu xanımdır. Əgər bir ailə dağılırsa, mən orada günahı qadında görürəm".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni, aktyor Sərxan Kərəmoğlu "Tarixin bir günü" verilişində deyib.
 
O, bildirib ki, dağılan ailələrdə günahı qadında görür:
 
"Əgər xanım xanım olsa, ər vəzir də olar, rəzil olar. Bu ər pisdirsə, bir uşaq olanda ayrıl. İki uşaq dünyaya gətirib, sonra ayrılırsansa o qadın mənim düşmənimdir. Pisdirsə, ikinci uşaq olmamalıdır. Bekarçılıqdan, işıq yanmayanda, iş-güc olmayanda ikinci uşağı düşünmək lazım deyildi. İki uşaqla boşanan qadın özü günahkardır. Çünki o anında pis kişidən qaçmalı idi. İlk altı ayda insan necə olduğunu bəlli edə bilir. İki uşaqdan sonra bu ər pis oldu? Yaxşı qadın olardın, saxlayardın əlində".
 
Aysel
OXŞAR XƏBƏRLƏR