Evlənmək asandır, amma ailə həyatı qurmaq çətin”
AZXEBER.COM Ekstrainfo.com-a istinadən xəbər verir ki, Xanımların ailə həyatında xoşbəxt olmamalarının səbəbi məhz onların özləridir. Əgər xanımlar düzgün seçim etsələr, asanlıqla xoşbəxt ola bilərlər. Ekstraİnfo.com yazır ki, mütəxəssislər bununla əlaqədar kiçik bir araşdırma aparıb və nəticədə aşağıdakı xarakterlərə sahib insanlardan uzaq durmağı məsləhət görüblər:
* Gənc xanımların dostsuz insanla ailə qurması məsləhət deyil. Çünki dost sahibi olmamaq insanlarla ünsiyyət problemindən xəbər verir. Zaman keçdikcə həyat yoldaşı xanımının da dostlarından bezərək qadını onlardan uzaqlaşdırmaq istəyə bilər.Unutmayın ki, həyat yoldaşının ən önəmli özəlliklərindən biri sizə ən yaxın dost olmağı bacarmasıdır.
* Gülməyi bacarmayan insana əsla güvənməyin. Gülməyi gələndə “cool” görünmək üçün özünü tutan, qəhqəhə çəkməyi bacarmayan kişi əsla olduğu kimi görünmür. Bu yolla insanlarda özü haqqında fərqli fikirlər yaratmaq istəyən şəxsdən isə uzaqlaşmaq, ona inanmamaq lazımdır.
* Hobbiləri olan güclü cinsin nümayəndəsini seçmək məsləhətdir.Həyatı yalnız işdən ibarət olan kişi çox darıxdırıcı olur. Hobbiləri olan kişi isə xanımı əyləndirməyi və təəccübləndirməyi bacaracaqdır. Ailə qurarkən hobbilərinə vaxt ayırmağı bacaran şəxsə üstünlük verin.Həyatınızı sizinlə eyni özəlliklərə sahib olan şəxslə bağlamayın.Sizinlə tamamən eyni zövq və düşüncə sahibi insanla birlikdə yaşayacağınız həyat düşündüyünüz qədər əyləncəli olmaya bilər. Ən əsası cütlüyün sahib olduğu fərqli yönlərin bir-birini tamamlaya bilməsidir.
* Çətin xarakterə malik kişi ilə evlənmək məsləhət deyil. Çətin xarakterli kişilər qısqanc, işinə vurğun, bağlanmaqdan qorxan və təbii ki, şorgöz olurlar.
* Özünüzə hörmət edin. Xanımların ən böyük səhvlərindən biri budur ki, həyatına girən şəxsi sevir, ucaldır, yerə-göyə sığdırmır, həyatının “hər şeyi”nə çevirir, onun üçün yaşayır, onunla birlikdə ikən xoşbəxt olurlar… Özünüzə vaxt ayırın, həyatınızın onsuz keçən hissəsini sıfıra çevirməyin.
* Yola düşmüş qatarın dalınca qaçmayın. Qadınlar stansiyada gözləyən sərnişin, kişilər isə o stansiyadan keçən qatar kimidirlər. Qatara gecikmişsinizsə,əsla arxasınca qaçmayın, çünki bu, sizə zərər verəcək. Stansiyaya başqa qatarlar da gələcək.
Evlənmək asandır, amma ailə həyatı qurmaq çətin. Ona görə də çalışın, ailə həyatı quracağınız birini seçin.