“Ailə strategiyası” layihəsinin müzakirələri davam edir

“Ailə strategiyası” layihəsinin müzakirələri davam edir
SOSİAL
14:49 07.07.2021
276
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı "Ailə strategiyası” layihəsinin növbəti müzakirəsi 5 iyul 2021-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təşkil edilib.

Komitədən AZXEBER.COM-a verilən məlumata görə, giriş sözü ilə çıxış edən akademik Gövhər Baxşəliyeva bu vacib sənədin əhəmiyyətini vurğulayaraq müzakirə üçün təqdim olunan layihənin müsbət rəylər doğurduğunu, eyni zamanda AMEA-nın müvafiq institutları tərəfindən bir sıra təkliflərin təqdim edildiyini bildirib.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Komitə tərəfindən hazırlanan "Ailə strategiyası” layihəsi çərçivəsində dövlət orqanları, vətəndaş cəmiyyəti, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinin və ekspertlərinin iştirakı ilə keçirilən bütün müzakirələrin layihənin təkmilləşdirilməsində əhəmiyyətli olduğunu qeyd edib.

O, daha keyfiyyətli bir sənədin hazırlanmasında elmi yanaşmanın vacibliyini vurğulayıb.
Görüş zamanı AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Şahbaz Muradov, AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru Zemfira Hacıyeva, AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru Habil Qurbanov, İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru Kərim Şükürov, AMEA Qadınlar Şurasının müdir müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli çıxış edərək təklif və tövsiyələrini bildiriblər.

Müzakirələr zamanı strategiyada əksini tapan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda ailə institutunun inkişafı, ailə məhkəmələri, ailədə valideyn məsuliyyətinin artırılması, reproduktiv sağlamlıq, ailələrin sosial təminatının gücləndirilməsi, ailə psixoloqu institunun yaradılması, ailə dəyərləri mövzusunda teleradio məhsullarının, xüsusilə bədii filmlərin, serialların, maarifləndirici xarakterli sosial çarxların hazırlanması, ailədə mütaliə ənənəsinin təbliği və digər məsələlərlə bağlı iştirakçıların təklif və tövsiyələri dinlənilib. Sonda layihə üzərində işin davam edəcəyini vurğulayan Aynur Sofiyeva təklif və tövsiyələrin nəzərə alınacağını diqqətə çatdırıb və görkəmli elm xadimlərinin iştirakı ilə keçirilən müzakirədə səslənən dəyərli fikirlərə görə təşəkkürünü bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir