"Mən bilirəm hansısa kişinin evində nə baş verir? Yox! O niyə mənimkini bilməlidir?".
AZXEBER.COM xəbər verir ki, bunu MTV Azərbaycanda yayımlanan "Tarixin bir günü" verilişində Xatirə İslam deyib.
O, ailə söhbətlərinin efirlərdə qabardılmasına münasibət bildirib:
"Gəlmişəm verilişə, canlı oxuyum, konsertlərdən danışaq. Axı kimin nəyinə lazımdır ailə söhbətləri? Mən bilirəm hansısa kişinin evində nə baş verir? Yox! O niyə mənimkini bilsin? Günah aparıcıdadır ki, bu sualı verir. Cavab verməyəndə deyirlər yəqin boşanıb, verəndə də bir də görürsən hər şeyi açıb tökmüsən".
Aysel