AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Həftənin qonağı" verilişində deyib. O, sevgini "bəla" adlandırıb.
"Allah bizi Leyli-Məcnun sevgisindən qorusun. Sevgi bəladır. Bir də var hörmət. Çox şükür ailəm, övladlarım var. Sevgim də, məhəbbtim də, bütün hisslərim də hamısı ailəmdə cəmləşib. Leyli-Məcnun eşqini heç yaşamaq da istəməmişəm. Ondan qurtulmaq hər oğulun işi deyil. Orada hər şeyin üstündən xətt çəkə bilərsən. Bu elə bir hissdir ki, orada ata-ana, bacı-qardaş, qohum-əqrəba, nəsil - hamısı axırıncı plana keçir. Və sən hər şeyi onda görürsən. Xoşum gələ bilər, deyə bilərəm ki, biz ailə quraq. Kinoda deyir, "Sonra sevərsən". Bu gün ailəm, həyat yoldaşım mənim üçün əvəzolunmazdır. Bir də anam. Atam rəhmətə gedib. Anamın 87 yaşı tamam oldu, başımın tacıdır. Çalışıb-vuruşuram ki, 87-ni 97 edim. Nə qədər ki, onun nəfəsi var, mənim yolum Qazaxa açıqdır. Orada qalır. Buranın havası ona düşmür, qala bilmir. Yaşlananda adam narahat olr. Elə bilir ki, bura gəldilər, evini aparacaqlar".
V.Məhərrəmli daim ailəsinin yanında olduğunu açıqlayıb:
"Ailəmin xilaskarı mənəm. Onlarla nəyisə bölməmişəm, onları birbaşa ayağa qaldırmışam. Nə problem olubsa, onu mən həll etmişəm. Daha nə olmalıdır? Qədir bilən bilir".