Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhmədlə bağlı daha bir İDDİA

Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhmədlə bağlı daha bir İDDİA
SOSİAL
16:37 19.02.2024
1180
Bakıda ailəsinin beş üzvünü xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı yeni iddialar səsləndirilib. Belə ki, verilişlərin birinə zəng edən şəxs 4-5 il öncə Əhməd Əhmədov tərəfindən döyüldüyünü, pullarının və telefonunun oğurlandığını bildirib.
 
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, səsləndirilən iddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, bu iddialar həqiqəti əks etdirmir: 
 
"İddialar araşdırılıb və təsdiqini tapmayıb. Həmin şəxslə əlaqə saxlanılıb və o, bildirib ki, onu kiməsə oxşadıb, əsaslı olaraq sübut təqdim etməyib”.
 
*** 14:50
 
Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı iddialar davam edir.
 
Həmin iddialardan bir neçəsi "Space” TV-nin efirində yayımlanan "Gəl, danış” verilişində səsləndirilib.
Belə ki, efirə telefon zəngi vasitəsilə qoşulan Nadir adlı şəxs Əhməd Əhmədovun illər əvvəl ona xəsarət yetirdiyini iddia edib:
 
"4-5 il bundan öncə Muşfiqabad qəsəbəsində Əhməddən saatı soruşmuşdum. O da məni boğmağa başladı. Mən yarım saat huşsuz vəziyyətdə qaldım. Həmin vaxt o, mənim cibimdəki pulları və telefonumu da götürmüşdü. O zaman Əhmədin 19-20 yaşları olardı. Yanında da başqa bir oğlan vardı”.
 
Qeyd edək ki, bundan əvvəl Ə.Əhmədovun qeyri-qanuni əməlləri ilə bağlı bir neçə iddia yayılıb.
 
Daha ətraflı videoda:
 
 

OXŞAR XƏBƏRLƏR