Müsahibimiz "SMART HOME” şirkətinin təsisçisi və Azərbaycanda ilk yerli istehsal olan "ELSMART” Ağıllı Ev markasının yaradıcısı Elşad Hüseynovdur:
- Elşad
bəy, bildiyimiz kimi dünyada istehlakçılar tərəfindən durmadan rəğbət qazanan
ağıllı ev sistemlərini ölkəmizdə Azərbaycan məhsulu kimi istehsal etməyə
başlayırsınız. Bu böyük inqilabi işə necə qərar verdiniz?
- Əvvəla qeyd etmək istərdim ki, "SMART HOME” MMC 2012-ci ildə təsis edilərək
Ağıllı Bina və Ev avtomatlaşdırılması istiqamətində fəaliyyətinə başlamışdır.
Şirkətimizin qarşısında duran əsas istiqamət bu sahə üzrə ən uyğun texnoloji həlləri
tapıb müştərilərə təqdim etmək olmuşdur. Bu səbəbdən biz xarici ölkələrin
(iNESL – Çexiya, ViDEOCOM – Türkiyə) istehsalı olan malları Azərbaycana gətirərək
satışını və quraşdırılmasını həyata keçirməyə başladıq. Amma daxilimizdə bir
istək daha vardı, bu məhsulların yerli mütəxəssislərlə 100% yerli istehsalını
mümkün etmək arzusu idi.
Bu sistemlərin Azərbaycanda istehsal olunub, daxili bazara təklif olunması ilə
yanaşı xarici bazara çıxarılmasının mümkünlüyünü düşünərək bu istiqamətdə uzun
bir yola çıxmağın vaxtı gəlib çatdığını düşünürdük. Amma yenə də sanki nəsə
çatışmırdı, kiminsə dəstəyini almadan, belə bir məsuliyyətli işin altına girib qərara
gəlmək həqiqətən də çox çətin idi.
Sonunda isə bu qərarı almaqda bizə mənəvi güc və ilham verən əsas qüvvəmiz Cənab
Prezidentimiz oldu. Çünkü onun əzmlə yerli istehsalın yaradılması və genişləndirilməsi
üçün göstərdiyi dəstək və diqqət göz önündədir. Biz də bunları diqqətə alaraq
yerli təlabatı keyfiyyətli məhsullarla təmin etməyi qarşısımıza məqsəd qoyub
yola çıxdıq.
-
Milli istehsal olması nə kimi özəllikləri özündə saxlayacaq?
- "ELSMART” ticarət markası adı altında istehsal olunan məhsullarımız istər yüksək
keyfiyyətinə, istərsə də uyğun satış qiymətinə görə ideal balans yaradır ki, bu
da öz növbəsində bizə istehlakçıların rəğbətini qazanaraq yerli və dünya
bazarında müvəffəqiyyətlə rəqabət aparmağa imkan yaradır. "ELSMART” markalı
cihazlar tam yerli mütəxəssislər tərəfindən proqramlaşdırılır və istehsal
olunur. İstehsal etdiyimiz cihazlar şirkətimizə məxsus ELBUS və MBUS, əlavə olaraq beynəlxalq
sayılan "KNX”, "ZigBee, Z-wave” kimi geniş yayılmış protakolları dəstəkləməyi hədəfləyir.
Bu da öz növbəsində sizin istənilən layihələrinizdə özəl istəklərinizi
qarşılamağa, yarımçıq qalmış proyektlərinizi tamamlamağa, təhvil verilmiş
proyektlərinizə isə əlavələr edib təkmilləşdirməyə imkan verir.
- "ELSMART” məhsulları Azərbaycanda bu sahə üzrə ilk milli brend ola biləcəkmi?
- Bildiyiniz kimi, ölkə başçısı İlham Əliyev bir çox çıxışlarında sahibkarlara müraciət edərək Azərbaycan istehsalı olan məhsulların xarici ölkələrdə satışının artırılmasına səsləmişdir. Təbii ki, ağıllı ev sistemlərinin Azərbaycanda "ELSMART” markası altında satışa təqdim etməkdə bizim də əsas məqsədimiz, məhz ölkə başçısının bu çağırışına qoşulmaqdır. İlk növbədə yerli istehlakçıların rəğbətini qazandıqdan sonra qonşu ölkələrdə və MDB ölkələrində öz məhsullarımızın satışını təmin edəcəyik. Burada da əsas məqsədimiz milli brendimizi və ilk növbədə Azərbaycanımızı həmin ölkələrdə ən yüksək səviyyədə təmsil etməkdir.
- Bildiyimiz qədərilə illərdir təhlükəsizlik
sistemləri, video müşahidə və buna bağlı sistemlər üzrə şirkətə rəhbərlik
etmisiniz, bu texnologiyaların da birlikdə əlaqəli şəkildə tətbiqini
düşünürsünüzmü?
- Əmin olunun ki, biz qarşımıza bundan da böyük məqsədlər qoyumuş bir şirkətik. Hər
hansı bir iş çox funksiyanal bazar araşdırmaları aparıldıqdan sonra icra
edilir. Planların detallarına gəldikdə isə bu bizim sirlərimizdir. Sadəcə onu qeyd etmək istərdim ki, şirkətimiz
istənilən növ məhsul istehsal edib, proqramlaşdırıb və onun inteqrasiyasını
uğurla həyata keçirmək gücünə malikdir.
- Xeyli insan, şəxsi mənzil və sahibkarlar
çox mərtəbəli binalarında bu sistemi tətbiq etmək istəyir, yəqin ki, onlar üçün,
xüsusi kredit şərtləriniz də olacaq.
- Açığı məhsullarımızın əlçatan olması üçün müxtəlif marketinq və satış
yollarından istifadə etməyi planlaşdırılıb. Zamanla kampaniyalar, endirimlər və
münasib kredit şərtləri ilə həm daxili, həm də bankların vasitəsi ilə məhsullarımızın
satışı planlaşdırılır.
- Təbii ki, Azərbaycanda belə bir yeniliyə
imza atmaq az bir zəhmət qarşılığında ola bilməz. İşin qurulması, onun peşəkar
icrası üçün mütləq komanda əməyi olmalıdır. Sizin komandanızın üzvləri kimlərdir?
- Doğru vurğuladınız. Biz bu işin icrasına başlayarkən sıfırdan əziyyət çəkdik. Bəlkə də şirkətimizin ilk başlar ən böyük üstünlüyü məhz komandamızın hər bir üzvünün öz işində peşəkar olması oldu. Elə buna görə də qısa zamanda Azərbaycanda ağıllı ev sistemlərinə maraq artmağa başladı. Çünki gördüyümüz hər bir işdə müştərilərin rəğbətini qazanmağa nail olduq. Yeri gəlmişkən mən, proqramlaşdırma sahəsi üzrə bizim sistemimizi təmin edən və komandamızın ən zəhmetkeş üzvü Çingiz Hümbətova, elektronika üzrə bizim şirkətin bütün işlərini məsuliyyətlə həyata keçirən Talıblı Əjdər və komandamızın marketinq sahəsində əsas təmsilçisi olan peşəkar dostumuz Müşfiq İsgəndərliyə təşəkkür edirəm.
- Elşad bəy, oxucularımız üçün şirkətinizin əlaqə vasitələri qeyd etmənizi rica
edirik.
- Şirkətimizə məxsus olan satış mağazamız Mərkəzi Universam Mağazasının 1-ci mərtəbəsində
yerləşir.
Satış üçün "055 709 18 08; 055 209 18 08”, texniki servisimiz üçün isə 055 449
18 08; 055 969 18 08” nömrələri ilə əlaqə
saxlamaq lazımdır. Şəhər nömrəmiz isə "012 555 16 59”dur. Bizim məhsullarımızla
və işlərimizlə "www.agilliev.az” saytında da tanış olmaq
mümkündür.