“Air Moldova” aviaşirkəti uçuşlara tətbiq edilən fasiləni uzadıb

“Air Moldova” aviaşirkəti uçuşlara tətbiq edilən fasiləni uzadıb
DÜNYA
19:03 22.08.2023
186
Moldovanın "Air Moldova” aviaşirkəti uçuşlara tətbiq edilən fasiləni sentyabrın 14-dək uzadıb.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

"Air Moldova" bildirir ki, 14 sentyabr 2023-cü il daxil olmaqla bütün uçuşları dayandırır. Uçuşları ləğv edilən sərnişinlərə ödənişlərin geri qaytarılması və rezervasiya variantları ilə bağlı e-poçt vasitəsilə məlumat veriləcək", - şirkətin saytında qeyd edilib.

Xatırladaq ki, şirkətin fəaliyyəti üçün lazımi maliyyə qaynaqlarının olmaması səbəbindən uçuşlar dayandırılıb.
OXŞAR XƏBƏRLƏR