Bu gün Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən avtomobil yolunun 135-ci km-də qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan iki qardaşdan biri, Fərzəliyev Elməddin Vətən müharibəsi iştirakçısı olub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı həlak olan qardaşlar Şabran rayonunun Gəndov kənd tam orta ümumtəhsil məktəbinin məzunları olublar.
Fərzəliyev Elməddin və Fərzəliyev Əmrəlinin fotolarını təqdim edirik: