Ağır qəzada ölən 7 nəfərin hər biri 18 yaşında olub - YENİ DETALLAR
DÜNYA
15:18 14.05.2026
1869
Gürcüstanın Qardabani rayonunda baş verən və əslən azərbaycanlı olan 7 nəfərin həyatına son qoyan qəza ilə bağlı yeni detallar məlum olub.
AZXEBER.COM Gürcüstan mediasına istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, həlak olanlar demək olar ki, eyni yaşda - 18 yaşlı gənclər olub.
"Qəza mənim evimin yaxınlığında baş verdi. Onlar mənim qonşularım idi. Hamısı yaxşı, tərbiyəli gənclər idi. Yüksək sürətlə hərəkət edirdilər və buna görə belə oldu. Demək olar hamısı yaşıd idi — 18 yaşlılar. Birlikdə məşq edirdilər. Onlardan biri mənim övladıma boks öyrədirdi. Həlak olanlardan 2-si qardaş idi”, — deyə yerli sakin müsahibəsində bildirib.
Qeyd edək ki, qəza bu gün səhər saatlarında baş verib. Nəticədə 7 nəfər həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb.