ABŞ Prezidenti Donald Tramp jurnalistin gələn həftə İrana qarşı hərbi əməliyyatları bərpa etməyi planlaşdırıb-planlaşdırmaması ilə bağlı sualını axmaq adlandırıb.
AZXEBER.COM "The Mirror"a istinadən xəbər verir ki, bu barədə Amerika lideri Floridadakı iqamətgahında jurnalistlərə bildirib.
Mətbuatla ünsiyyət zamanı "The New York Times" müxbiri Trampın gələn həftə İranla müharibəni bərpa etmək niyyətində olub-olmadığı ilə maraqlanıb.
"Niyə belə axmaq sual verirsiniz? Tutaq ki, mən bunu etməyi planlaşdırıram, məgər bu barədə sizə deyəcəyəm? Siz soruşursunuz ki, mən gələn həftə müharibəni bərpa etməyə hazırlaşırammı. Tutaq ki, hazırlaşıram. Məgər sizə deyəcəyəm? Bəs hazırlaşmıramsa, məgər sizə bu barədə deyəcəyəm?" - ABŞ Prezidenti cavab verib.











































