Çips yemək istəyinin arxasında hansı səbəblər dayanır?

Çips yemək istəyinin arxasında hansı səbəblər dayanır?
SOSİAL
08:23 01.11.2026
145
Çips yemək istəyinə qarşı dura bilməmək və bu məhsulun kiçik porsiyası ilə kifayətlənməkdə çətinlik çəkmək orqanizmdə baş verən müəyyən proseslərlə əlaqəlidir.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə Lenta.ru-ya rusiyalı həkim-qastroenteroloq Olqa Çistik məlumat verib.

Həkim qeyd edib ki, bir çox insan bu istəyi aclıqla səhv salır. Lakin bəzi hallarda insan əslində ac olmur, sadəcə emosional rahatlıq axtarır. Belə zamanlarda adi yeməklərə deyil, duzlu, şirin və ya yağlı məhsullara qarşı güclü istək yaranır.

"Çipsin dadı çox kəskindir, xırtıltısı isə insana sakitlik və həzz verir. Beyin sürətli mükafat siqnalı alır və bu hissin təkrarlanmasını istəyir. Dayanmaq siqnalı isə çox vaxt yalnız paket bitəndə yaranır", - deyə Çistik vurğulayıb.

Həkim çipsə qarşı istəyin güclənərək qarşısıalınmaz hala gəlməsinin səbəbləri arasında stres və yuxusuzluğu da göstərib. Onun sözlərinə görə, belə hallarda orqanizm sürətli həzz mənbələrinə ehtiyac duyur. Məhsulun kəskin dadı daha cəlbedici olur, insanın özünə nəzarəti isə zəifləyir.

Çistik xatırladıb ki, çips də daxil olmaqla, yağlı və duzlu qidalar, xüsusilə yatmazdan əvvəl qəbul edildikdə, mədə yanmasına və qarının yuxarı hissəsində narahatlığa səbəb ola bilər. O, bu cür məhsullardan müntəzəm və həddindən artıq istifadənin artıq çəkiyə gətirib çıxara biləcəyini də əlavə edib.
OXŞAR XƏBƏRLƏR